Davud sapandı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Davud sapandı
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2015
İstehsal tarixçəsi
Konstruktor Rafael inkişaf etmiş müdafiə sistemləri
İstehsalçı Rafael inkişaf etmiş müdafiə sistemləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Davud sapandı (Stanner) raketi açılış testi zamanı hədəfini vurmuşdur

Davud sapandı ((ivr.קלע דוד‏‎, Rom: Kela David) eyni zamanda əvvəllər Sehrli Çubuq (ivr.שרביט קסמים‏‎, Rom: Sharvit Ksamim) kimi də tanınıb) və ya Stanner (ing. Stunner, ingiliscə stun sözündəndir — gicəlləndirmək; çaşdırmaq, yayındırmaq deməkdir) — İsrailin müdafiə sənayesi məhsullarının istehsalı ilə məşğul olan şirkəti Rafael inkişaf etmiş müdafiə sistemləri və Amerikanın müdafiə sənayesi istehsalçısı olan Raytheon şirkətinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik raketləri, orta və uzun mənzilli raketlərqanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş və 40 km (24,85 mil) ilə 300 km (186,41 mil) arasında mənzilə malikdir.[1] Davud sapandının İsrail ordusunun arsenalında olan MIM-23 HawkMIM-104 Patriotu əvəz etməsi gözlənilir.[2]

Davud sapandı İsrailin raket hücumundan müdafiə sisteminin ikinci mərhələsini dəstəkləmək üçündür. Davud sapandının adı Müqəddəs Kitabdakı DavudCalut haqqında olan hekayədən götürülmüşdür.[3] Arrow 2, Arrow 3, Dəmir Qübbə, Barak 8Dəmir şüadan ibarət olan İsrailin inkişaf etdirməkdə olduğu və gələcəkdə istifadə etməyi planlaşdırdığı çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsini təşkil etməlidir.[4][5][6][7][8][9]

  1. "U.S. Foreign Aid to Israel" (PDF). Federation of American Scientists. 31 iyul 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 mart 2017.
  2. "Air Defense: Israeli Patriot Replacement". StrategyPage. 13 December 2012. 15 December 2023 tarixində arxivləşdirilib.
  3. Bohn, Lauren E. "Israel missile defense system". USA today. Associated Press. 13 November 2012. 31 January 2020 tarixində arxivləşdirilib.
  4. "Israel scrambles the 8th Iron Dome unit with David's Sling elements". Missile threat. 11 July 2014. 9 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  5. "Israel Missile Chronology" (PDF). Nuclear Threat Initiative. January 2010. 30 October 2023 tarixində arxivləşdirilib (PDF).
  6. Wall, Robert, "New Israeli Anti-Rocket Projects Move Ahead", Aviation Week & Space Technology, 23 June 2008.
  7. Fulghum, David A., "Missile-Killing Interceptors Eyed by Israel, US", Aviation Week's DTI, 23 September 2010.
  8. Opall-Rome, Barbara. "Israel marks operational deployment of David's Sling". Defense News. 2 April 2017. 22 January 2024 tarixində arxivləşdirilib.
  9. Bohn, Lauren E. "Israel missile defense system". USA today. Associated Press. 13 November 2012. 31 January 2020 tarixində arxivləşdirilib.