Dalamazkimilər

Vikipediya, azad ensiklopediya
(Lamiaceae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Dalamazkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dalamazkimilər (lat. Lamiaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Fəsiləyə daxil olan növlərin əksəriyyəti ot, yarımkol, kol və kiçik ağaclardır. Yarpaqları sadə olub, qarşvq-qarşıya düzülür. İkicinsiyyətli mürəkkəb çiçəkləri salxım və ya süpürgəyəbənzər çiçək qrupunda yerləşir. Fəsiləyə daxil olan 200-ə yaxın cinsiə aid 3500 növ demək olar ki, dünyanın hər yerində, əsasən, Aralıq dənizyanı ərazilərdə, həmçinin ÖnOrta Asiyada geniş yayılmışdır.

Azərbaycanda dodaqçiçəklilərin 203 növü məlumdur. Dodaqçiçəklilərin bir çox növü efir yağı ilə zəngindir. Lavanda, rozmarin kimi növlərindən ətriyyatda, kəklikotu, qaraqınıq, nanə və s. kimi növlərindən təbabətdə istifadə olunur. Texniki yağ almaq üçün perilla, lyallemansiya növləri beçərilir.