14:41 10.06.2024 3151

“Araz-Naxçıvan” bazarı və ya Paris azarı

Növbəti mövsüm də Naxçıvan böyük futbolsuz qalacaq. Baxmayaraq ki, Muxtar Respublikanın təmsilçisi “Araz-Naxçıvan” artıq ikinci ildir Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Əslində, düşündüyüm o idi ki, 2024/25 mövsümünə sözügedən komandaya lisenziya verilməyəcək. Səbəbsə çoxdur:

Stadion nağılı

Klub rəsmilərinin ötən mövsümdən Naxçıvan stadionu ilə bağlı verdiyi vədlər gerçəkləşmədi. Konkret desək, ümumiyyətlə heç bir iş görülmədi. Buna baxmayaraq, yenidən eyni vədləri növbəti mövsüm üçün də verdilər. Nə sirri-xudadırsa, AFFA-nın Lisenziyalaşdırma qrupu nağılbazlara yenidən yaşıl işıq yandırdı. Əcəba, niyə? 

Sirr deyil ki, Zaur Axundov klubun qeyri-rəsmi prezidentidir. Məhz onun nüfuzu Lisenziya qrupunun müsbət rəyi ilə nəticələnib. Soruşa bilərsiniz ki, bəs lisenziyanın verilməsində Axundovun hansı təsir gücü var? İndi ki, Elxan Məmmədov yoxdur. 

Düzdür, Məmmədov AFFA-da cismən yoxdur, lakin Azərbaycan futbolunda  bəzi qərarlar hələ də Parisdən gələn təlimatlara görə alınır. Görünən odur ki, yeni komanda “köhnə qvardiya” ilə mübarizə aparmaqda acizdir. Səbəbləri ayrı yazımın mövzusu olacaq. Bir-iki cümlə onu deyim ki, yenilərin qərarsızlığı, qətiyyətsizliyi köhnələrin ayaqda qalmasına əsas səbəbdir. Hətta “hazırki rəhbərlikdə də, qurumun daxilində də fikir ayrılıqları var” və buna bənzər söz-söhbətlər yaymaqla ictimaiyyətin yeni komadaya olan ümidini sarsıtmağa çalışılırlar. Yenə təkrar edim, bu, Elxan Məmmədovun gücü deyil, yenilərin çarəsizliyi kimi sezilir.

Şübhəli oyunlar

Doğrudur, əldə fakt olmadan klubu danışılmış oyunlarda ittiham etmək olmaz. Amma ötən mövsüm “Araz-Naxçıvan”la bağlı futbol ictimaiyyətində, sosial şəbəkələrdə kifayət qədər xoşagəlməz fikirlər yayıldı. Bir neçə oyunun şübhə doğurmasını nəzərdə tuturam... 

Klub rəhbərliyi də eşitməmiş deyildi. Ancaq yayılan söhbətlər klub tərəfindən təkzib olunmadı. Bu məqamda da AFFA  Axundovun klubuna qarşı loyallıq sərgilədi. Başa düşdük, danışılmış oyunlarla bağlı UEFA-dan, “SportRadar”dan “siqnal” gələndən sonra bizim ali futbol qurumumuz hərəkətə keçir. Lakin AFFA-nın da daxili çempionatlarda şübhələndiyi oyunlarla bağlı aidiyyatı qurumlardan araşdırma tələb etmək hüququ var. Bunu etdilərmi? Yuxarıda qeyd etdiyim kimi, axı ictimaiyyətdə kifayət qədər şübhə vardı. Hə, yəqin ki, mövzu Məmmədovdursa, kadrları və onların klublarıdırsa, siqnal UEFA-dan, “SportRadar”dan deyil, Parisdən gəlməlidir. Bunu da anladıq. 

Transfer bazarı

Mövsüm bitər-bitməz 4  yerli futbolçu ilə anlaşan klub 7-8 oyunçu ilə də yollarını ayırıb. Göndərilən futbolçular barədə rəsmi xəbər yaxın günlərdə veriləcək. Gedənlərin əksəriyyəti əcnəbilər olacaq. Ötən mövsüm də belə idi. Bir aya komanda yığan Naxçıvan təmsilçisi dəyər-dəyməzinə futbolçular transfer etdi. İndi də keçən il gətirdiklərini bu il yola salacaqlar. Tanış ssenaridir. Vaxtı ilə Riad Rəfiyev də “Sumqayıt”da belə edirdi. Onda böyük qardaşı, dayağı AFFA-da söz sahibi idi. Havaya sovrulan, ölkədən çıxarılan pul isə dövlətin futbolun inkişafına ayırdığı vəsaitdir. O vəsait ki, Azərbaycanda Əhmədin, Məmmədin uşaqlarının gələcəkdə futbolumuzun inkişafına töhfə verməsi üçün ayrılır. Amma ölkədən dollarla çıxan pullar kənarda conların, ivanların balalarının  dəbdəbəli həyat tərzinə xərclənir. Onlar da hər bazar kilsədə, elxanlar, riadlar, zaurlar üçün şam yandırır, müqəddəs ata, oğul və müqəddəs ruh naminə dualar edirlər. 

Yarımbaşlığa – “transfer bazarı”na gəlincə, “Araz-Naxçıvan” kimi əsas büdcəsi dövlətdən maliyyələşən digər klublarımız da əcnəbi gətirir. Əsasən onların qiyməti 8-10 min manat civarında olur. Ancaq Muxtar Respublika təmsilçisi “Səbail”in 5 min manata razılaşmaq üzrə olduğu Ürfan Abbasova birdən-birə 8 min manat təklif edərək rənglərinə qatır. Nə min, nə də iki min, üç min manat fərqlə. Hələ bilmədiyimiz neçə belə anlaşmalar, dəyərindən artıq şişirdilmiş müqavilələr var. 

İcazə verin, bu il də şübhələnək. Zaur müəllim nə qədər vəsait ayırır ki, klub transfer bazarlığında bu qədər səxavətlidir? 

Nəqşicahan təmsilçisinin rəhbərliyinin nə keçən mövsüm Avropaya vəsiqə hədəfi olub, nə də gələn il üçün belə iddiası var. Məqsəd aydındır: Dövlətin maliyyəsi hesabına Elxan Məmmədovun Azərbaycan futbolunda gücünü qorumaq. AFFA-nın yeni rəhbərliyi isə hələ fil boyda işlər haqqında düşünür. 
Cənablar, ayılın! Parisə qulluq edən kadrlar, qurumlar, komandalar təmizlənməsə, bağlanmış yeni müqavilələr ən azı sizi növbəti mövsümə qədər “nokaut”a salacaq. Həmin klublara şifahi də olsa, transfer qadağası qoyulmalıdır. Keçən hər gün qarşı tərəfin qazancı, sizinsə ...

Nöqtələrin yerinə qoymağa söz fikirləşin, mən tapmadım. 

Əli Sahib
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Oktyabr 2024
12:15

"Milan"ın oyunu təxirə salındı - SƏBƏB

11:56

Mudrikin "Çelsi"dəki aqibəti necə olacaq? -Mareska açıqladı

11:38

"Sabah" - "Neftçi" oyununun hakimi bilindi

11:20

Messi ingilisi təriflədi: "Onun meydanda etdikləri..."

11:02

MPL: Tur "qərb derbisi" ilə başlayır - YENİLƏNİR

10:43

DÇ: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

10:25

"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi dəyişməz qaldı - REYTİNQ

10:06

Mərakeş millisinin üzvü 35 yaşında dünyasını dəyişdi

09:44

AÇ: Millimiz Portuqaliyayla qarşılaşır

09:22

Səudiyyə Ərəbistanı millisinə bu mütəxəssis rəhbərlik edəcək - SON DURUM

09:00

Mourinyu Premyer Liqanın autsayderini çalışdırmağa hazırdır - Özü açıqladı

01:20

KL: "Başakşəhər" Sloveniyada böyük hesabla uduzdu

00:59

AL: "Qarabağ" "Ayaks"a yenildi, "Fənərbağça" - "Mançester Yunayted" duelində sülh

24 Oktyabr 2024
23:34

"Belə oyunlarda belə qərarlar mənə çatmır" -Qurban Qurbanov

23:19

"Qarabağ" ilk hissədə çox fantastik oyun nümayiş etdirdi"

22:34

AL: "Qarabağ" 2 nəfər azlıqda "Ayaks"a böyük hesabla uduzdu

21:40

Sautqeyt Premyer Liqa klubunu çalışdırmağa yaxındır -SON DURUM

21:00

Millinin baş məşqçisi müəyyənləşdi

20:18

"Atletiko" tarixində bu vəziyyətə düşməmişdi - Antirekord

20:06

"Fənərbağça" fanatları ingilis azarkeşlərə hücum etdilər

19:36

Dünya çempioçatı: Jalə Əliyeva yarımfinalda

19:29

İkinci Liqa: Göygöldə heç-heçə, Qubada qonaqlar güldülər

18:49

Ulduz hücumçu "Çelsi"də az oynamasından danışdı

18:20

"Hesab bir qədər qəribə oldu" - Tomas Müller

17:58

"Barselona"ya tarix yazmaq üçün gəlmişəm" - "Bayern"ə 3 qol vuran Rafinya

17:40

"Açığı, oyundan öncə 3:1 hesablı qələbə proqnozlaşdırmışdım" - Robert Levandovski

17:21

"Bu qələbə bizə "Real"la matç ərəfəsində özünəinam verir" - Hans-Diter Flik

17:03

Azərbaycanı Gimnaziadada bu taekvondoçular təmsil edəcək

16:55

İlin ən yaxşı pleymeykeri adına 15 namizəd var - ADLAR

16:39

Birinci Liqa: Liderdən qələbə, "Cəbrayıl"dan darmadağın

16:09

Kompani "Barselona"dan aldıqları ağır yenilgi haqda nə dedi?

15:51

"Leyptsiq"in pressinqinin öhdəsindən lazımınca gəlirdik" - Arne Slot

15:33

Roze "Liverpul"a məğlubiyyəti belə şərh etdi

15:15

"Abasovun işinin öhdəsindən gələcəyinə inanıram" - "Neftçi"nin yerliyə tapşırılması nə vəd edir?

14:56

"Real" "El Klasiko" öncəsi ulduzunu itirdi

14:35

"Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq" - Braziliyalı forvard

14:16

Almanlar tarixlərində ilk dəfə bunu yaşadılar

13:54

"Sabah"ın baş məşqçisi 0:6-nı şərh etdi

13:35

İngiltərə nəhəngləri 17 yaşlı vunderkind uğrunda mübarizə aparırlar - 100 milyon qiyməti var

13:15

Bakıda UEFA B kateqoriyalı məşqçilik kursu keçirildi

Facebookdan bizi izləməyi unutmayın.
X