Aleksey Kaşuk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksey Kaşuk
ukr. Олексій Миколайович Кащук
Ümumi məlumatlar
Doğum tarixi 29 iyun 2000(2000-06-29)[1] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 67 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Qarabağ
Nömrəsi 21
Karyerası
Gənclik karyerası
2013–2018 Ukrayna Şaxtyor Donetsk
Klub karyerası[* 1]
2018–2019 Ukrayna Şaxtyor Donetsk II
2019–2024 Ukrayna Şaxtyor Donetsk 10 (3)
2019–2022   Ukrayna Mariupol (icarə) 48 (9)
2022–2023   Azərbaycan Sabah (icarə) 39 (18)
2024—h.h. Azərbaycan Qarabağ 0 (0)
Milli yığma[* 2]
2015–2017 Ukrayna Ukrayna U-17 18 (8)
2017–2019 Ukrayna Ukrayna U-19 13 (2)
2018–2019 Ukrayna Ukrayna U-20 8 (0)
2020–2023 Ukrayna Ukrayna U-21 13 (3)
2024 Ukrayna Ukrayna U-23 1 (0)
Təltif və medalları

Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.

Aleksey Kaşuk (ukr. Олексій Миколайович Кащук, 29 iyun 2000[1], Novoqrad-Volınsk[d], Jitomir vilayəti) — Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubunda yarımmüdafiəçi mövqeyində oynayan ukraynalı peşəkar futbolçu.[2]

Gənclik karyerası

[redaktə | mənbəni redaktə et]

Jitomir vilayətinin Novoqrad-Volınski şəhərində anadan olan Kaşuk "Şaxtyor" klubunun gənclər idman məktəbinin yetirməsidir. O, klubun tərkibində U-14 (2013) və U-15 (2014) yaş kateqoriyalarında Ukrayna Gənclər Futbol Liqasının çempionu olub. 2014/15 mövsümündə 21 matçda 23 qol vuraraq U-16 komandasının bombardiri olub. Kaşuk 14 may 2016-cı ildə "Şaxtyor"un U-21 komandasında debüt edib. O, 2017/18 mövsümünə gənclərdən ibarət komanda tərkibində başlayıb, "Vorskla" ilə görüşdə (3:1) qol vurub və həmin mövsümün sonunda Ukrayna Gənclərarası çempionatının qızıl medalını qazanıb.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Kaşuk 2018-ci ildə "Şaxtyor"un ikinci komandasına, 2019-cu ildə isə əsas komandasına keçib, lakin əsas heyətdə debüt edə bilmədən dərhal "Mariupol" klubuna icarəyə veriib. O, Ukrayna Premyer Liqasında bu klub ilə, 3 avqust 2019-cu ildə "FC Oleksandriya" ilə oyunun ikinci hissəsində əvəzedici kimi debüt edib.[3]

29 mart 2022-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" klubu Kaşuku mövsümün sonuna qədər icarəyə götürüb.[4]

Kaşuk 2024-cü ilin 3 sentyabrında "Şaxtyor" klubu ilə müqaviləsi başa çatdıqdan və azad agentə çevrildikdən dərhal sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayıb.[5]

Beynəlxalq karyera

[redaktə | mənbəni redaktə et]

Kaşuk Ukrayna milli futbol komandasının tərkibində 2019 FİFA U-20 Dünya Kubokunun qalibi olub. O, komandasının oynadığı 7 oyunun hamısında iştirak edərək Ukraynanın uğurunda əhəmiyyətli rol oynayıb.

6 mart 2024-cü ildə Ruslan Rotan tərəfindən Ukrayna Olimpiya Futbol Komandasının 2024 Yay Olimpiya Oyunlarına hazırlıq üçün yaradılmış ilkin heyətinə çağırılmışdır.[6]

  1. 1 2 Oleksiy Kashchuk // Transfermarkt (çd.). 2000.
  2. Aleksey Kaşuk Arxivləşdirilib 2021-12-10 at the Wayback MachineSoccerway  (ing.)
  3. Чемпіонат УПЛ. 2-й тур Матч №9 (Ukrainian). UPL Official Web Site. 2019-08-27. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  4. "ALEKSEY KAŞUKLA MÜQAVİLƏ BAĞLANDI". sabahfc.az/ (Azerbaijani). Sabah FC. 29 March 2022. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2022.
  5. "Aleksey Kaşuk "Qarabağ"da". qarabagh.com (ingilis). Qarabağ FK. İstifadə tarixi: 2024-09-03.
  6. "Олімпіада-2024. Руслан Ротань визначився зі складом збірної України на товариський матч із Японією". Official UAF Website. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.