Avropa qar siçanı
Avropa qar siçanı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avropa qar siçanı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Avropa qar çöl siçanı (lat. Chionomys nivalis) - (Rodentia) dəstəsindan, az təhlükə altındadır, mühafizəyə baxımlı məməli növü.
Təsviri
[redaktə | mənbəni redaktə et]Bədənin uzunluğu 130 - 150 mm, quyruq uzunluğu 60 - 70 mm (orta hesabla quyruq bədənin 50%-ni təşkil edir), yuxarı azı dişlərinin uzunluğu 5.5 — 7.6 mm, aşağı 5.6 — 7.6 mm. M1- 2.5 — 3.05 — 3.4 mm. M3 qısalmışdır. M1 nisbətən uzundur. Rəngi boz-küldən açıq rəng arasında dəyişir. Üst tərəfinin rəngi tünd, tükləri nisbətən coddur. Quyruğun üst hissəsi açıq olub, birrənglidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Qafqaz və ona bitişik Asiya sahəsi ilə məhdudlaşmışdır. Avropanın dağlıq hissəsində və Kopet dağında yayılmışdır. Azərbaycanda iki təcrid olunmuş populyasiyası vardır: Kiçik Qafqaz və Talış.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Dağ-çöl, subalp, alp qurşaqlarının qaya, bataqlıqlaşmış çəmən və daş qayaları hissələrində yayılmışdır. Kiçik Qafqaz dağlarında d.s-dən 1500-1600 m hündürlüklərdə, Talış dağlarında isə 1300 m-dən başlayaraq, ən hündür zirvəliklərə qədər rast gəlinir. Bəzi yerlərdə aşağı sərhəddi d.s-dən 900 m-ə qədər aşağı enir.
Azalma səbəbi
[redaktə | mənbəni redaktə et]Təbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]İUCN siyahısına salınmışdır. Mühafizəsi müəyyən olunmayıb.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0