Hüseyn Rəsulov
Hüseyn Rəsulov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1986 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Partiya |
|
Fəaliyyəti | inşaatçı[d] |
|
|
Təltifləri |
|
Hüseyn Əvəz oğlu Rəsulov (21 fevral 1929, Müskürlü, Göyçay qəzası – 2 sentyabr 1986, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan SSR əməkdar inşaatçısı (1976), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hüseyn Əvəz oğlu Rəsulov 21 fevral 1929-cu ildə Göyçay qəzasının (sonralar Göyçay rayonu) Müskürlü kəndində anadan olmuşdur.[1] 1943-cü ildən 1949-cu ilədək Göyçay rayonundakı Lenin adına kolxozda çalışmışdır. Suvaqçılar hazırlayan fabrik-zavod şagirdliyi məktəbində təhsilini başa vurduqdan sonra Bakının müxtəlif tikinti təşkilatlarında suvaqçı işləmişdir. 1962-ci ildən Azərbaycan SSR Tikinti Nazirliyinin (1967-ci ildən Sənaye Tikintisi Nazirliyinin) 4 nömrəli tresti sistemində çalışmış, 1976-cı ildən həyatının sonunadək həmin trestin 46 nömrəli tikinti idarəsində kompleks tikinti briqadasına (suvaqçılar briqadası) başçılıq etmişdir.[2]
Hüseyn Rəsulov Bakıda asbest-şifer kombinatının tikintisində Bakı neftayırma zavodundakı koks qurğusunun ucaldılmasında, dəmiryol vağzalının inşasında, tikinti maşınları təmiri zavodunun, müxtəlif yaşayış binalarının istifadəyə verilməsində, Bakı məişət kondisionerləri zavodunun mozaik döşəmələrinin hazırlanmasında, Bakı neftayırma zavodunda neftin ilkin emalı qurğusunun — "ELOU AVT" qurğusunun tikintisində yaxından iştirak etmişdir. Onun briqadası 1970-ci ildə Azərbaycanda Moskva inşaatçısı Nikolay Zlobinin metodu ilə ilk dəfə işləyən kollektivlərdən biri olmuşdur.[3]
Hüseyn Rəsulov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmiş, Ali Sovetin Tikinti və inşaat materialları sənayesi komissiyasının üzvü olmuşdur.[4] Sov. İKP XXVII qurultayına (1986), Azərbaycan Kommunist Partiyasının XXX və XXXI (1981, 1986) qurultaylarına nümayəndə seçilmişdir.[2]
Hüseyn Rəsulov V. İ. Lenin adına Bakı neftayırma zavodunun neftayırma kompleksinin tikintisində əldə etdiyi nailiyyətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 iyul 1977-ci il tarixli Fərmanı ilə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür.[5] İki dəfə "Lenin" ordeni, "Xalqlar dostluğu" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. Ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir.[2]
Hüseyn Rəsulov 2 sentyabr 1986-cı ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Рәсулов Һүсејн Әвәз оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 138.
- ↑ 1 2 3 Һ. Ә. Рәсулов // Коммунист. № 206 (20077). 4 сентјабр 1986-ҹы ил. С. 3.
- ↑ Ф. Нағыјева. Гызыл улдузлу гәһрәман // Коммунист. № 170 (16605). 23 ијул 1977-ҹи ил. С. 2.
- ↑ Рәсулов Һүсејн Әвәз оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 324.
- ↑ 4 нөмрәли трестин 46 нөмрәли тикинти идарәси бригадасынын башчысы Һ. Ә. Рәсулов јолдаша Сосиалист Әмәји Гәһрәманы ады верилмәси һаггында ССРИ Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 169 (16604). 22 ијул 1977-ҹи ил. С. 1.
- ↑ Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 206 (20077). 4 сентјабр 1986-ҹы ил. С. 1.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Расулов Гусейн Авяз оглы" (rus). "Герои страны" saytında.
- 21 fevralda doğulanlar
- 1929-cu ildə doğulanlar
- Göyçay qəzasında doğulanlar
- 2 sentyabrda vəfat edənlər
- 1986-cı ildə vəfat edənlər
- 57 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar inşaatçıları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Yol-nəqliyyat hadisəsində ölənlər