41°02′11″ şm. e. 47°40′41″ ş. u.HGYO

Solquca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Solquca
41°02′11″ şm. e. 47°40′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Solquca xəritədə
Solquca
Solquca
Solquca xəritədə
Solquca
Solquca

SolqucaAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Kənd rayon mərkəzindən 25–30 km məsafədə yerləşir. Rayonun ən ucqar kəndlərindən biridir. Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 nəfərdir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var. Kənddə əsas (2014-2015-ci tədris ilindən) məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Əhalisi əsasən maldarlıq və əkinçilikə məşğul olur.